“AsstrA” şirkəti tərəfdaşlarına nağdsız ödəniş əsasında yanacağın və texniki mayelərin doldurulması imkanını, habelə xüsusi smart-kartların köməkliyi ilə Avropa İttifaqı (Aİ) və MDB ərazisində yol rüsumlarının ödənişi imkanını verir. Biz nəqliyyat sahiblərini yanacaq sərfiyyatına keyfiyyətli, səmərəli və vaxtında nəzarət sistemi ilə təmin edirik, eləcə də yollarda yaranan risklərin minimuma endirilməsinə zəmanət veririk.
ƏLAVƏ MƏLUMAT
-
1. Sərfəli qiymət təklifləri və endirimlər.
2. Ödəniş möhləti və ƏDV-nin qaytarılması imkanı.
3. Bütün kartlar üzrə vahid hesab, bu da sənəd dövriyyəsinə çəkilən əmək məsrəflərini azaltmağa imkan verir.
4. Yanacağın doldurulma vaxtı və yeri, yanacağın növü və sayı, habelə əməliyyatların məbləğinin göstərilməsi ilə tam hesabat təqdim edən elektron yanacaqdoldurma uçot sistemi sayəsində yanacaq sərfiyyatına nəzarət.
5. Ödənişlərin saxtalaşdırılması riskinin aradan qaldırılması və pul dövriyyəsinə nəzarət hesabına yanacaq xərclərinin azaldıması.
6. Oğurluqların minimuma endirilməsi. Uzaqməsafəli reyslər zamanı sürücülərə xeyli məbləğ vermək zərurəti ortadan qalxır. Ödəniş yalnız, itirilməsi halında dərhal bloka alınması mümkün olan kartın köməkliyi ilə həyata keçirilir. Kart PIN-kod və e-mail nəzarətlə qorunur.
7. Yanacaq istehlakı səviyyəsinin təhlili və gələcək sərfiyyatların planlaşdırılması.
8. Tam informasiya dəstəyi. Yeni və ləğv edilən yanacaqdoldurma stansiyaları, yeni aksiyalar, endirimlər və əlavə servislər haqqında vaxtında məlumatlandırma, habelə marşrutun planlaşdırılması üçün yanacaqdoldurma məntəqələrinin siyahısının əldə edilməsi imkanı.
9. Şirkətlərimiz arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndrilməsi. -
Yanacaq kartları mövzusu ilə bağlı istənilən sualları şirkətimizə ünvanlaya bilərsiniz:
E-mail: fuel@asstra.com
Tel.:+375 17 215 51 00