«AsstrA» list prokat, rulon polad, yumru polad, borular, armatura, metallokord daxil olmaqla, beynəlxalq metal daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərin tam kompleksini təqdim edir. Metal xammal qismində sənayenin müxtəlif sahələrində istifadə olunur: maşınqayırma, gəmiqayırma, tikinti. Son illər metala və metal məhsullarına olan tələbat durmadan artır.
«AsstrA» şəhərlərarası və beynəlxalq əlaqədə metal və metal məhsullarının fasiləsiz tədarükünü təşkil etməkdə öz müştərilərinə kömək edir. Şirkətimiz müxtəlif nəqliyyat vasitələri ilə Avropa, MDB, Baltikyanı, Balkan, Cənub-Şərqi Asiya regionlarına yükdaşımaları təşkil edir. Təcrübəli əməkdaşlarımız müştərinin tələbatları və yükün səciyyəvi xüsusiyyətləri əsasında mövcud daşıma sxemlərini optimallaşdırırlar və fərdi logistik həllər hazırlayırlar.
«AsstrA» hər yükü daşınma coğrafiyasından asılı olmayaraq razılaşdırılmış müddətə çatdırılmasını təşkil edir. Beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini reallaşdırmağı və İsveçrə xidmət səviyyəsini qorumağı bacarırıq.
ƏLAVƏ MƏLUMAT
-
İstənilən metal və metal məmulatlarının daşınmasının mexaniki zədələr, yağıntıların təsiri altında oksidləşmə və yüksək rütubətlik riski ilə bağlılığı var. Hətta emal olunmuş metallar bu amillərin təsiri altında deformasiyaya məruz qalır və pas atır, bu da onun gələcəkdə istifadəsini mümkünsüz edir. Metal məhsullarının daşınması şərti onun növündən və emal üsulundan asılıdır. Məsələn, list metalların daşınması zamanı yükün təhlükəsizliyini təmin etmək üçün paçkalar bərkidici lentlərlə möhkəm sarılır və nəqliyyat vasitəsinə bərkidilir. Paçkalar aşağıdan və yuxarıdan karton vərəqləri və ya polimer nazik pərdə ilə örtülür, yağıntılardan, temperatur dəyişikliyindən və rütubətlikdən qorunur. Çubuq polad hər 2-3 metrdən bir bərkidici lentlərlə sarılan bağlamalarda nəql edilir.
Rulonlardakı metal mexaniki təsirlərə, deformasiyalara, əzilmələrə və sıyrıntılara ən az məruq qalır. Yaxın məsafələrə metal rulonların daşınması üçün yüngülləşdirilmiş qablaşdırmalardan istifadə olunur. Rulonları yağıntılardan qorumaq üçün kartonlarla və ya polimer nazik pərdə ilə örtürlər və perimetr üzrə metal lentlərlə bərkidirlər. Rulon poladın daşınması sutkadan çox vaxt aparırsa, daha etibarlı qablaşdırma tələb olunur. Bir neçə qatlı qablaşdrma materialı polad rulonunun təkcə xarici deyil, həm də daxili silindirini örtür, şalbanbaşı müstəvilərində xüsusi qoruyucu quraşdırılır.
«AsstrA» yükdaşımalar üzrə beynəlxalq və Rusiyanın hüquqi tənzimləmələrdəki dəyişiklikləri diqqətlə izləyir və konkret hər malın xassəsindən çıxış edərək təhlükəsiz və sürətli çatdırılmanı təmin edir.
-
Avtomobil ilə list metalın və poladın rulonlarda daşınması universal və qənaətcil çatdırılma üsuludur. Avtomobil nəqliyyatının hərəkəti limanların, dəmiryol stansiyaların və aeroportların cədvəlindən asılı deyil, buna görə də daşıma minimum vaxt aparır və praktiki olaraq sutkalıq həyata keçirilir. Avtomobil daşımalarının üstünlüyü genişdir və bura daxildir: tam yükləmə imkanı, xüsusi temperatur rejiminə əməl olunması, iriqabaritli və ağırçəkili yüklərin çatdırılması, "AsstrA«nın İtaliya, Almaniya, Litva, Polşa və Avropanın digər ölkələrindəki tərəfdaş anbarlarda müxtəlif yığma (qarışıq) yüklərin konsolidasiyası. Metalın avtomobil nəqliyyatı ilə daşınmasını həyata keçirmək üçün şirkətimiz uyğunlaşdırılmış nəqliyyat vasitələrini təklif edir: xüsusi avadanlıqla təchiz edilmiş standart yük maşınları, iriqabaritli yüklərin daşınması üçün «MEGA» sinifli yarımqoşqular; bağlı novu olan koyl-treylerlər; yarımqoşqular-konteyner gəmiləri. Məsələn, koyl-treylerlər list və rulon poladının, list və rulon qalayın, paçkalara bağlanmış əlvan ərintilərin və metalların, uzunluğu 7-dən 21 metrədək olan boruların daşınması üçün istifadə olunur.
Metalların dəniz yolu ilə daşınması metal məhsullarının uzaq məsafələrə sərfəli, sürətli və səmərəli çatdırılma üsuludur. Dəniz yolu ilə daşımalar üçün istifadə olunan konteynerlər göndərilən yüklər üçün əlavə təhlükəsizlik zəmanətləri verir. Dəniz yolu ilə konteyner daşımalarının üstünlüyü aşağıdakılardır: konteynerin tam və yarımçıq yüklənməsi imkanı, tökmə (aşırma) və maye şəklində olan yüklərin balker daşımaları, limanda yükə kompleks xidmət göstərilməsi, Avropa və MDB-də gömrük prosedurundan sadələşdirilmiş formada keçmə.
Dəmir yolu ilə polad daşımalarına və digər metalların göndərilməsinə uzaq məsəfalərə daşımalarda da tələbat var. Dəmir yolu ilə daşımaların üstünlükləri: yüksək çatdırılma sürəti, xüsusi vaqon, platforma və konteynerlərdən istifadə imkanı, istənilən yüklərin aşırılması imkanı. «AsstrA» şirkəti Avropa və MDB ölkələrindən Çinə və Çindən metal və metal məhsullarının dəmir yolu ilə daşınmasını təklif edir. Belə ki, qatarlar cədvələ ciddi riayət etməklə yola salınır və çatırlar, müştərilərimiz əvvəlcədən daşımanı sifariş edirlər və yükü razılaşdırılmış müddətdə alırlar. Qatarla çatdırılma daşıma coğrafiyasından asılı olaraq orta hesabla 12 gündən 22 günədək vaxt aparır.
Hava yolu ilə rulon poladın daşınması və digər metalların çatdırılması daha bahalıdır, lakin beynəlxalq əlaqəda metal məhsullarının eyni cür tez çatdırılma qaydasıdır. Yük təyyarələri yüksək yükgötümə qabiliyyəti ilə seçilirlər, bu da uzaq məsafələrə malların daşınması zamanı gecikmələri azaltmağa imkan verir. Aviadaşımaların üstünlüyü bunlardır: bütün beynəlxalq aeroportlardan çatdırılma imkanı, əndazəsiz yüklərin daşınması imkanı, çarter reyslərindən istifadə, aeroportlarda yükə tam xidmət göstərilməsi, malın yükü alanın anbarınadək çatdırılma imkanı.
"AsstrA"nın mütəxəssisləri konkret yükün xassələrinə əsaslanaraq polad daşımaları və digər metalların çatdırılması üçün uyğunlaşdırılmış nəqliyyat vasitələrini seçirlər, etibarlı nəqliyyat tərəfdaşlarını cəlb edirlər, öz texniki qüvvələrindən istifadə edirlər. Əməkdaşlarımız ehtiyac olarsa, hava, avtomobil, dəniz və dəmir yolu nəqliyyatından yararlanmaqla multimodal daşıma sxemlərini tərtib edirlər.
-
«AsstrA» şirkəti aşağıdakı istiqamətlər üzrə polad daşımaları və digər metalların çatdırılmasını təşkil edir: Avropa İttifaqı ölkələri arasında metalların daşınması; Avropa İttifaqı və MDB ölkələri arasında metalların daşınması; MDB ölkələri arasında metalların daşıması; Rusiya daxilində metalların daşınması; Avropa İttifaqı, MDB, Cənub-Şərqi Asiya ölkələri və Çin arasında metalların daşınması.
«AsstrA» əməkdaşlarının metal və metal məhsullarının daşınmasının təşkili sahəsində yüksək ixtixasları və çoxillik təcrübələri var. Təcrübə və ixtisas bizə hər müştəri üçün fərdi həll tapmağa, konkret yükün xüsusiyyətini və sifarişçilərin arzusunu diqqətə almağa kömək edir. Nəqliyyat xidmətlərinin sınanmış və etibarlı tədarükçüləri ilə əməkdaşlıq daha rasional marşrut tərtib etməyə və seçməyə, çatdırılmanın bütün mərhələlərini dəqiq əlaqələndirməyə və hər bir yükü təyin edilmiş müddətə çevik daşımağa imkan verir.
«AsstrA» şirkətinin poladın rulonlarda daşınması və digər metalların çatdırılması üzrə xidmətlər kompleksinə daxildir:
- Daşıma layihəsi və qrafikinin tərtibi
- Optimal marşrutun tərtibi
- Risklərin təhlili
- Yükün qabaritləri əsasında uyğunlaşdırılmış nəqliyyat vasitəsinin seçimi
- Təhlükəsizlik tədbirlərinə əməl etməklə yükləmə-boşaltma işlərinin təşkili
- Şirkətimizin Avropa və MDB-dəki tərəfdaş anbarlarında yükə kompleks xidmət
- Kompleks gömrük müşayiəti və gömrük prosedurlarından keçməyə yardım
- Səlahiyyətli dövlət orqanlarında əndazəsiz yüklərin daşınmasının razılaşdırılması və bütün icazələrin alınması
- Əndazəsiz və ağırçəkili yüklərin operativ və maneəsiz daşınması üçün lazım olan bütün prosedurların təşkili
- Naviqasiya sistemlərindən istifadə ilə daşıma zamanı yükün salamatlığına və yerinə sutkanın 24 saatında və həftənin 7 günündə nəzarət
-
- ÇOXİLLİK TƏCRÜBƏ
“AsstrA” 20 ildir metal məhsullarının daşınmasını təşkil edir. Şirkətimiz bu müddət ərzində müxtəlif sahələrin və fəaliyyət sferalarının özünəxas xüsusiyyətini öyrənib, buna görə də hər bir müştəri konkret tapşırığın sınanmış və səmərəli həllini alır.
- BAZARI ANLAMA
“AsstrA” şirkətinin əməkdaşları metalların daşınması ilə bağlı hər məsələnin həllinə işini ən yüksək səviyyədə bilərək yanaşır. Mütəxəssislərimizin nizamlı işi sayəsində “AsstrA”nın hər müştərisinə daşımalar zamanı yükün təhlükəsizliyinə, tədarüklərin dəqiq və mütəşəkkil sisteminə, daşımanın təyin edilmiş müddətinə əməl olunmasına və bütün texniki, sanitar normaların yerinə yetirilməsinə zəmanət verilir.
- KOMPLEKS XİDMƏT
“AsstrA”nın mütəxəssisləri bir logistik operator tərəfindən poladın rulonlarda daşınması üzrə xidmətlərin tam kompleksini təqdim edir: gömrük müşayiəti, sığortalama, anbar xidmətləri, konsaltinq, , layihə logistikası, logistik servis. 18 ölkədə qlobal miqyasda iştirak etməklə yanaşı, şirkətimizin 8 gömrük agentliyi də var, bu da bizə innovativ logistik və nəqliyyat həllərini daim təkmilləşdirməyə və hazırlamağa imkan verir. “AsstrA” Avropanın iri limanları, Rusiyanın Vladivostok, Naxodka, Novorossiysk, Rostov, Sankt-Peterburq, Temrük və Tuapse limanları vasitəsilə metalların daşımasını həyata keçirir. Əməkdaşlarımız Baltikyanı ölkələrdə Ventspils, Klaypeda, Riqa və Tallindəi limanlar üzərindən daşımalar təşkil edir. Şirkərimiz Ukrayan ərazisində Odessa və Çernomorsk limanları ilə əməkdaşlıq edir.
- ETİBARLILIQ
“AsstrA” polad daşımalarını və digər metalların çatdırlmasını təşkil edir, habelə daşımaların həyata keçirilməsi üçün nəqliyyat xidmətlərinin etibarlı tədarükçülərini cəlb edir. Nəqliyyat tərəfdaşlarımız Bizimlə uzunmüddətli müqavilələr əsasında əməkdşalıq edirlər, bu da bazar şəraitindən asılı olmayaraq KPI üzrə yüksək göstəricilərin əldə olunmasına zəmanət verir. “AsstrA”nın nəqliyyat tərəfdaşlarının bütün zəruri lisenziyaları və icazələri, daşıyıcının məsuliyyət sığortası üzrə müqavilələri var.
- YÜKSƏK MALİYYƏ ZƏMANƏTƏRİ
Biz beynəlxalq hüququn tələblərinə cavab verən metal daşımaları üzrə təhlükəsiz, innovativ, səmərəli xidmətlərin göstərilməsinə cəmlənmişik. “AsstrA”nın daşınan yükə görə məsuliyyəti hər bir sığorta hadisəsi üzrə 3 000 000 avro məbləğində sığortalanıb. Sığorta ödənişini etibarlı tərəfdaşımız “Zurich Versicherungs-Gesellschaft AG” (İsveçrə) təmin edir.
- ÇOXİLLİK TƏCRÜBƏ
-
Metal məhsulları və metalların daşınması qaydaları bir neçə kriteriya əsasında müəyyənləşdirilir: çatdırılmanın həyata keçirildiyi nəqliyyat növü, yükün çəkisi və qabaritləri, daşıma coğrafiyası. Daşıycılar yüklərin avtomobil, dəmir yolu, hava və ya digər nəqliyyatla hər konkret daşınması halında metal məhsullarının bütün növlərinin daşınması qaydalarına müraciət edirlər.
Onu da nəzərə almaq lazımdır ki, bir çox dövlətin qanunvericiliyi qara və əlvan metalların dövriyyəsinin xüsusi qaydalarını müəyyənləşdirir, eləcə də əlvan metalların daşınması üzrə qaydalara əməl etməyə görə hüquqi məsuliyyəti nəzərdə tutur. Təkcə metal daşımaları qaydaları deyil, həm də belə daşımaların həyata keçirilməsi üçün lazım olan sənədlər müxtəlifdir. Məsələn, list metalı və rulon paçkaları çox vaxt yol verilən qabarit və çəki standartlarını üstələyir və əndazəsiz yüklər kateqoriyasına aid edilir.
Əndazəsiz metalprokatın daşınması üçün xüsusi icazə, daşıma marşrutunun razılaşdırılması və digər rəsmi işlərin yerinə yetirilməsi tələb olunur. Poladın rulonlarda daşınması və digər metalların çatdırılması prosesini tənzimləyən normalar bir sıra texniki-hüquqi aktlarda yer alır. Bütün bu sənədlər metalprokat daşımalarının həyata keçirilməsinin çətin və ətraflı qaydalarını müəyyənləşdirir. «AsstrA» təkcə müvafiq qayda və normativlərə riayət olunmasını izləmir, həm də mal müşayiət sənədləri, qaimə-faktura, gömrük bəyannamələri, icazələr və s. sənədlər daxil olmaqla, əlaqəli sənədlərin rəsmiləşdirilməsi məsələləri üzrə məsləhət verir.
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.