“Baha qiymətli yük” anlayışı olduqca genişdir. Malın invoysda bəyan edilmiş qiyməti bir neçə yüz avrodan bir neçə milyon avroyadək təşkil edə bilər (məsələn, avadanlığın, iri texnika partiyalarının və elektronikanın, əczaçılıq məhsullarının çatdırılması halında). Yükün invoys qiymətindən başqa, gömrük kodu və gömrük sərhədini keçərkən alınan gömrük ödənişlərinin miqdarı da diqqətə alınır. İstənilən halda hər bir yük göndərən baha qiymətli yükünün vaxtında, tam qorunub saxlanılaraq və ən az zərər və oğurluq riskləri ilə çatdırılmasında maraqlıdır. “AsstrA” Avropa, MDB və Asiya ölkələri üzrə qiymətli yüklərin daşınmasının üstünlüklərindən yararlanmaları üçün müştərilərinə kömək edir. Əməkdaşlarımız müştərinin tələbatlarını və yükün xassələrini təhlil edirlər, çatdırılmanın münasib marşrutunu tərtib edirlər və göndərmə, boşaltma-yükləmə, saxlama prosesində bütün təhlükəsizlik tədbirlərinə riayət olunmasını təmin edirlər. “AsstrA” daşınmaların coğrafiyasından asılı olmayaraq, müəyyən edilmiş müddətə qəti şəkildə müvafiq olaraq baha qiymətli yüklərin göndərilməsini təşkil edir. Etibarlı nəqliyyat şirkətlərilə sıx əməkdaşlıq sayəsində çevik qiymət siyasətini həyata keçirə və yüksək səviyyəli xidmət göstərə bilirik.
ƏLAVƏ MƏLUMAT
-
İstənilən yük öz xüsusiyyətlərinə və hansısa sahəyə mənsub olmasına görə baha qiymətli ola bilər. Bir qayda olaraq, kimya və əczaçılıq sənayesinin məhsulları, layihə yükləri, “Hi-Tech” seqmentinin malları, mədəni sərvətlər ən çox invoys qiyməti ilə seçilirlər. “AsstrA” bütün növ yüklərin daşınmasının beynəlxalq hüquqi tənzimlənməsində dəyişiklikləri nəzərə alır və hər bir konkret malın xassələrindən çıxış edərək təhlükəsiz və sürətli çatdırılmanı təmin edir.
-
“AsstrA”nın təcrübəli mütəxəssisləri daşınan yükün xüsusiyyətlərindən və müştərinin tələbatlarından asılı olaraq, uyğunlaşdırılmış nəqliyyat vasitələri seçirlər. Nəqliyyat zəruri təhlükəsizlik sistemləri ilə təchiz edilib: izləmə sistemi, siqnalizasiya, əlavə qıfıl, immobilayzer daxil olmaqla, qaçırılma əleyhinə elektron qurğular. Ehtiyac olarsa, əməkdaşlarımız aviasiya, avtomobil, dəniz və dəmir yolu nəqliyyatından istifadə etməklə daşınmanın kombinə edilmiş sxemlərini tərtib edirlər.
-
- Baltikyanı, Skandinaviya ölkələri daxil olmaqla, Avropanın daxilində baha qiymətli yüklərin daşınması
- Rusiya və MDB üzrə baha qiymətli yüklərin daşınması
- Avropa və MDB ölkələri baha qiymətli yüklərin daşınması
- Avropa ölkələri və Qafqaz arasında baha qiymətli yüklərin daşınması
- Avropa ölkələri və Mərkəzi Asiya arasında baha qiymətli yüklərin daşınması
-
- “Qapıdan qapıyadək” beynəlxalq yükdaşımaları.
- Anbar xidmətləri.
- Gömrük xidmətləri. Mal müşayiət və gömrük sənədlərinin rəsmiləşdirilməsi. Sutkada 24 saat, həftədə 7 gün ərzində təhlükəsizlik monitorinqi, daşınma prosesində yükün qorunub saxlanılması, eləcə də yükləmə-boşaltma işlərinin həyata keçirilməsi.
- Yükün harada yerləşməsinin gündəlik monitorinqi.
- Yükərin “bütün risklərdən” sığortalanması. “AsstrA” İsveçrənin “Basler Versicherung”, "Zurich Versicherungs-Gesellschaft AG(Zurich Insurance Company Ltd)" holdinqi və Almaniyanın “Aktiv Assekuranz” şirkəti daxil olmaqla, Avropa və MDB-nin iri sığorta şirkətlərində sığorta müqavilələri (polislər) alır.
İstənilən yükün, xüsusilə də baha qiymətli yükün daşınması müəyyən təhlükəsizlik qaydalarına əməl olunmasını tələb edir. “AsstrA” kontragentlərin və nəqliyyat tərəfdaşlarının yoxlanılması üzrə öz sistemini hazırlayıb. Bu sistem aşağıdakı prosedurlardan ibarətdir:
- Nəqliyyat vasitələrinin harada olmasına nəzarət etmək üçün onların hamısı GPS naviqasiya sistemləri ilə təchiz edilib.
- Bütün podratçlar və nəqliyyat xidmətlərinin tədarükçüləri “AsstrA”nın təhlükəsizlik xidmətinin ciddi yoxlamasından keçirlər.
- Yükləri olan nəqliyyat vasitələrinin dayanacaq və duracağına yalnız sınanmış və təhlükəsiz dayanacaqlarda və parklama yerlərində icazə verilir.
- Nəqliyyat sifarişi barədə bütün məlumatlar mütləq qaydada təqdim olunur. Bura avtomobilin nömrə nişanı, ad, soyad və atasının adı, sürücünün pasport məlumatları və rekvizitləri, nəqliyat vasitəsinin texniki pasportunun nömrəsi və s. daxildir.
- Nəqliyyat podratçı-şirkətlərində işləyən sürücülərin pasportlarının (və ya şəxsiyyəti təsdiq edən digər sənədlərin), nəqliyyat vasitəsinin texniki pasportunun təqdim edilmiş surətləri və digər sənədlər yoxlama üçün müştəriyə göndərilir. Müştəri sənədlərin əslinin surətlərini yoxlayır və yükləməyə icazə verilməsi barədə qərar qəbul edir.
- “AsstrA” daşıyıcıların zəruri lisenziya və qeydiyyatlarının olmasını yoxlayır, yalnız 120 iş günündən artıq daşımalar üzrə qanuni fəaliyyət göstərən nəqliyyat şirkətlərilə əməkdaşlıq edir.
- - “Asstra” beynəlxalq yükdaşımalar üzrə təlimdən keçmə haqqında sürücünün sertifikatının təqdim olunmasını mütləq qaydada tələb edir.
- - “AsstrA” əməkdaşları qiymətli yüklərin daşınmasının təhlükəsizliyinin təmin edilməsi üzrə hər il daxili təlimdən keçirlər.“AsstrA” şirkətində ekspeditor şirkətləri ilə əməkdaşlığa qadağa qoyulub. Bununla da şirkətimiz yalnız nəqliyyat xidmətlərinin birbaşa tədarükçüləri ilə işləyir.
-
- ÇOXİLLİK TƏCRÜBƏ
Yüklərin “Qapıdan qapıyadək” çatdırılması təkcə göndərəndən son alıcıyadək baha qiymətli yüklərin daşınmasını deyil, həm də daşınmanın və yükləmə-boşaltma işlərinin bütün mərhələlərində yükün vəziyyəti və qorunub saxlanılmasına nəzarəti ehtiva edir.
- GÖMRÜK DAŞIYICISININ STATUSU
Əgər Beynəlxalq Yol Daşımaları kitabçası üzrə gömrük ödənişlərinin miqdarı maksimum zəmanəti üstələyirsə, o zaman yükün gömrük müşayiəti daxil olmaqla, gömrük ödənişlərinin verilməsinin təmin edilməsi üzrə yerli tədbirlər görülür. “AsstrA”nın Avrasiya İqtisadi İttifaqının (Aİİ) ərazisində qeydiyyata alınmış nəqliyyat müəssisələrinin gömrük daşıycısı statusu var, bu da baha qiymətli yükləri Aİİ ərazisində gömrük ödənişlərinin verilməsini təmin etmədən daşımağa imkan verir. Bu da öz növbəsində gömrük müşayiəti üzrə xidmətlərin ödənməsi zərurəti və gömrük ödənişlərinin verilməsinin təmin edilməsinin digər növləri ilə bağlı nəqliyyat xərclərini optimallaşdırmağa imkan verir.
- 24/7
“AsstrA” sutkada 24 saat, həftədə 7 gün ərzində müştəri ilə əlaqədə olur. Sürücülər ilə 24/7 rejimində mobil telefonlar üzrə əlaqə saxlamaq mümkündür, buna görə də müştəri daşınma haqqında tam və etibarlı məlumat ala bilər.
- ÇOXİLLİK TƏCRÜBƏ
-
“AsstrA” yüksək keyfiyyətli xidmətlər göstərir və beynəlxalq hüququn tələblərinə dəqiq riayət edir. Şirkətimiz hər bir sığorta hadisəsi üzrə 3 000 000 EUR limiti ilə daşınan yükə görə məsuliyyət sığortası müqaviləsi bağlayır. Sığorta ödənişini İsveçrənin sınanmış tərəfdaş şirkəti “Zurich Versicherungs-Gesellschaft AG” həyata keçirir.
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.