“AsstrA” ticarət sahəsinin şirkətləri, topdan satış tədarükçüləri və pərakəndə ticarət müəssisələri üçün logistik həllər təklif edir. Şirkətimizin təcrübəli əməkdaşları temperatur rejiminə (tezkorlanan, soyudulmuş və dondurulmuş yüklər) əməl etməyi tələb edən yüklərin daşınmasını reallaşdırırlar, Sizin sifarişinizin xüsusiyyətlərini nəzərə almaqla, optimal marşrutlar layihəndirirlər, daha uyğun nəqliyyat vasitəsi növü təklif edirlər, bütün sanitar normalarına riayət etməklə yükləmə-boşaltma işlərinə nəzarət edirlər. Şirkətimiz TAPA təşkilatının (“The Transpoted Protection Assocation” və ya “Daşınan yüklərin mühafizəsi assosiasiyası”) üzvüdür, bu da riskləri mimuma endirməyə və daşıma zamanı yükün etibarlılığına zəmanət verməyə imkan yaradır.
ƏLAVƏ MƏLUMAT
-
Şirkətin mütəxəssisləri daşımaların təşkilində malın xüsusiyyətinə, daha doğrusu temperatur rejiminə, nəmliyin səviyyəsinə, çatdırılma müddətinə və yükləmə-boşaltma işləri zamanı yükün təhlükəsizliyinə əməl edilməsinin zəruriliyinə diqqət yetirirlər. Avro-5 və Avro-6 ekoloji standartlarına uyğun nəqliyyat vasitələrimiz və sınanmış tərəfdaşlardan cəlb edilmiş nəqliyat vasitələri yüklə bitişik səthlərin daşınan maddənin xassəsinə zərərli təsirinin tam istisna edildiyi yüksək ekoloji uyğunluğun məcburi kriteriyaları daxil olmaqla, beynəlxalq keyfiyyət standartlarına müvafiqdir.
İstifadə olunan nəqliyyat növləri:
- Standart refrijeratorlar,
- İkimərtəbəli refrijeratorlar,
- Müxtəlif temperaturu dəstəkləmək imkanı ilə ikikameralı refrijeratorlar,
- İzolyasiya olunmuş konteynerlər.
-
- GENİŞ COĞRAFİYA
“AsstrA” 18 ölkədə mövcuddur, bunun sayəsində beynəlxalq daşımalar üzrə sorğunu Sizin üçün daha yaxın ofisdə rəsmiləşdirə bilərsiniz. Şirkətin mütəxəssisləri xarici dillərə yiyələniblər, bu da daşıma prosesinə nəzarəti xeyli sadələşdirir.
- KOMPLEKS XİDMƏT
“AsstrA” xidmətlərinə nəzərdə tutulmamış şəraitlərdə imtina etmək imkanı ilə daşımanın optimal marşrut seçimi və axtarışı, müştəri üçün yükün münasib vaxtda və yerə çatdırılması, real vaxt rejimində yükün hərəkətinin monitorinqi, mal müşayiət və gömrük sənədlərinin zəruri komplektinin rəsmiləşdirilməsi, yüklərin sərfəli şərtlərlə konsolidasiyası və sığortalanması daxildir.
- ƏLÇATANLIQ
“AsstrA”nın öz avtoparkının olması və uzunmüddətli müqavilələr əsasında nəqliyyat xidmətlərinin sınanmış tədarükçüləri ilə əməkdaşlıq sayəsində tezkorlanan yüklərin daşınması üçün nəzərdə tutulmuş avtomobillər daxil olmaqla, avtomobillərin mütəmadi əlçatanlığını təmin edirik, bu da hətta çətin bazar şəraitlərində yüksək KPI-ya zəmanət verir.
- ZƏRURİ SƏNƏDLƏRİN RƏSMİLƏŞDİRİLMƏSİ
Təcrübəli əməkdaşlarımız, müxtəlif ölkələrdə 8 agentiyimizin olması bizə bütün zəruri mal müşayiət və gömrük sənədlər paketini vaxtında və keyfiyyətlə hazırlamağa imkan verir. Məhsulun sertifikasiya ilə təmin edilməsinə dəstək göstəririk.
- TƏHLÜKƏSİZLİK
Biz diqqətimizi beynəlxalq hüququn tələblərinə cavab verən təhlükəsiz, innovativ, effektiv xidmətlərin göstərilməsinə cəmləmişik. Daşınan yükə görə “AsstrA”nın məsuliyyəti hər bir sığorta hadisəsinə görə 3 000 000 avro məbləğində sığortalanıb. Sığorta ödənişini etibarlı tərəfdaşımız “Zurich Versicherungs-Gesellschaft AG” (İsveçrə) təmin edir.
- GENİŞ COĞRAFİYA
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.