“AsstrA” ağac emalı və sellüloz-kağız sənayesindən olan qabaqcıl Avropa istehsalçıları üçün mal və avadanlığın daşınması üzrə ixtisaslaşıb. Biz istehsalat prosesləri üçün beynəlxalq kağız məmulatları və oduncaq, xammal, habelə yeni müəssisələrin tikintisi və ya fəaliyyətdə olanların modernləşdirilməsi üzrə layihələr çərçivəsində texnoloji və ağac emalı avadanlığı daşımalarını həyata keçiririk.
ƏLAVƏ MƏLUMAT
-
İMKANLARIMIZ
“AsstrA” uzun illər ərzində ağac emalı və sellüloz-kağız sənayesini təmsil edən müştərilər üçün etibarlı tərəfdaşdır. Xidmətlərin yüksək keyfiyyətini təmin etmək və müştərilərimizin fərdi tələbatlarını ödəmək üçün “AsstrA Wood & Paper Logistics” şöbəsini yaratdıq. Daşımaların təşkili üçün avtomobil, dəmir yolu, dəniz, hava nəqliyyatından, eləcə də qarışıq çatdırılma sxemlərindən istifadə edirik. “AsstrA”nın peşəkar əməkdaşları əndazəsiz (qabaritsiz) və ağırçəkili yüklərin daşınması zamanı fərdi logistik layihələrin hazırlanmasına, uyğunlaşdırılmış dəmir yolu nəqliyyat vasitəsinə, ixtisaslaşmış yükləmə avadanlığının təmin edilməsinə, zəruri icazələrin alınmasında dəstəyə zəmanət verir. İşlədiyimiz marşrutların coğrafiyası hər il genişlənir.
İxtisaslaşdığımız istiqamətlər:
- Avropa İttifaqı ölkələri – MDB ölkələri
- Çin, Cənub-Şərqi Asiya ölkələri – MDB ölkələri
- MDB ölkələri arasında
- Rusiya üzrə daxili daşımalar
Çoxillik təcrübə və əməkdaşlarımızın peşəkarlığı, hər bir müştəriyə qarşı fərdi yanaşma, etibarlı tərəfdaş-daşıyıcılarla əməkdaşlıq müştərilərimizə optimal marşrutun axtarışı və seçiminə, daşımanın bütün mərhələlərinin dəqiq koordinasiyasına, şərtləndirilmiş çatdırılma müddətinə əməl etməklə operativ çatdırmağa, bütün daşıma ərzində malın təhlükəsizliyinə zəmanət verməyə imkan yaradır.
-
KAĞIZ JURNALLARIN VƏ QABLAŞDIRMANIN DAŞINMASI
AsstrA-nın sellüloz-kağız sahəsindəki Müşrəriləri jurnalların və kağız qablaşdırmanın daşınması üçün kompleks nəqliyyat-logistik xidmətlərdən istifadə edirlər. Şirkətlər qrupunun ekspertləri uyğunlaşdırılmış xüsusi nəqliyyatın etibarlılığına və seçilmiş nəqliyyat Tərəfdaşının peşəkarlığına zəmanət verirlər. AsstrA-nın təcrübəsi şirkətin kağız məhsulların beynəlxalq daşınması seqmentindəki işgüzar nüfuzu ilə qüvvətlənir.
Jurnallar və qablaşdırma temperatur fərqlərinə və nəmliyə qarşı həssasdırlar, buna görə də daşıma zamanı bir sıra şərtlərə riayət edilir.
- Məhsul istehsal zamanı eyni ölçüdə olan səliqəli stopalara qablaşdırılır. Yükləmə zamanı dəstələr qatlamalar olmadan bir ölçüdə qoyulur.
- Yükün yerləşdirildiyi qutular bərk və rütubət buraxmayan materialdan düzəldiib.
- Qutulardakı boşluqlar yumşaq materialla doldurulur.
- Jurnallar kip sarğılıq kağıza qablaşdırılır, qablaşdırma lenti, yaxud vişlə sarınır, əlavə olaraq streyç plyonkaya bükülür.
- Məhsulların olduğu qutular markalanır.
- Qapalı kuzovlu avtomobillərdən istifadə olunur.
- Qutular kuzovun daxilində etibarlı şəkildə bərkidilir.
AsstrA-nın ekspertləri Six Sigma metodologiyasını – istehsalı idarəetmə konsepsiyasını öyrəniblər, burada diqqət ilk növbədə istehlakçı üçün kritik vacib ölçülərə cəmlənib. Xərclər və proseslərin sürəti elə optimallaşdırılır ki, istehlakçıların məmnunluq keyfiyyəti yüksəlsin. Müştəri bu cür yanaşma zamanı daşıma haqqında hesaba cavabdeh olan bir kontakta müraciət edir.
-
ÜSTÜNLÜKLƏRİMİZ
- FƏRDİ HƏLLƏR
Biz kağız məmulatları və oduncaqların daşınması sahəsində geniş imkanlar təklif edirik. Daşımanın bütün mərhələlərində fərdi konsultasiyalara zəmanət veririk.
- KOMPLEKS XİDMƏT
Yüksəkixtisaslı mütəxəssislərimiz bütün daşıma növləri, tranzit depolama, gömrük rəsmiləşdirilməsi və yüklərin sığortalanmasından ibarət zəruri və optimal xidmət kompleksinə zəmanət verirlər. Dünyanın 18 ölkəsində təmsilçilik coğrafiyası və 8 gömrük agentimizin olması yükdaşıma və gömrük rəsmiləşdirilməsi prosesini mütəmadi təkmilləşdirməyə imkan verir.
- VAXTINDA ÇATDIRILMA
Çoxillik təcrübə, öz nəqliyyat vasitələrimiz və uzunmüddətli müqavilələr əsasında nəqliyyat xidmətlərinin sınanmış tədarükçüləri ilə əməkdaşlıq yükü hətta ən çətin bazar şəraitlərində razılaşdırılmış müddətdə çatdırılmasına zəmanət verməyə imkan yaradır.
- TƏHLÜKƏSİZLİK
Biz diqqətimizi beynəlxalq hüququn tələblərinə cavab verən təhlükəsiz, innovativ, effektiv xidmətlərin göstərilməsinə cəmləmişik. Daşınan yükə görə “AsstrA”nın məsuliyyəti hər bir sığorta hadisəsinə görə 3 000 000 avro məbləğində sığortalanıb. Sığorta ödənişini etibarlı tərəfdaşımız “Zurich Versicherungs-Gesellschaft AG” (İsveçrə) təmin edir.
- EKOLOJİ UYĞUNLUQ
Malların daşınması ətraf mühitin mühafizəsinin bütün normalarına əsasən həyata keçirilir.
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.
-
“AsstrA” uzun illər ərzində ağac emalı və sellüloz-kağız sənayesini təmsil edən müştərilər üçün etibarlı tərəfdaşdır. Xidmətlərin yüksək keyfiyyətini təmin etmək və müştərilərimizin fərdi tələbatlarını ödəmək üçün “AsstrA Wood & Paper Logistics” şöbəsini yaratdıq. Daşımaların təşkili üçün avtomobil, dəmir yolu, dəniz, hava nəqliyyatından, eləcə də qarışıq çatdırılma sxemlərindən istifadə edirik. “AsstrA”nın peşəkar əməkdaşları əndazəsiz (qabaritsiz) və ağırçəkili yüklərin daşınması zamanı fərdi logistik layihələrin hazırlanmasına, uyğunlaşdırılmış dəmir yolu nəqliyyat vasitəsinə, ixtisaslaşmış yükləmə avadanlığının təmin edilməsinə, zəruri icazələrin alınmasında dəstəyə zəmanət verir. İşlədiyimiz marşrutların coğrafiyası hər il genişlənir.
İxtisaslaşdığımız istiqamətlər:
- Avropa İttifaqı ölkələri – MDB ölkələri
- Çin, Cənub-Şərqi Asiya ölkələri – MDB ölkələri
- MDB ölkələri arasında
- Rusiya üzrə daxili daşımalar
Çoxillik təcrübə və əməkdaşlarımızın peşəkarlığı, hər bir müştəriyə qarşı fərdi yanaşma, etibarlı tərəfdaş-daşıyıcılarla əməkdaşlıq müştərilərimizə optimal marşrutun axtarışı və seçiminə, daşımanın bütün mərhələlərinin dəqiq koordinasiyasına, şərtləndirilmiş çatdırılma müddətinə əməl etməklə operativ çatdırmağa, bütün daşıma ərzində malın təhlükəsizliyinə zəmanət verməyə imkan yaradır. -