“Asstra” beynəlxalq holdinqi fəaliyyətində istehlakçıların və digər maraqlı tərəflərin tələblərini və gözləntilərini maksimum qarşılamağa, biznesin məqsədlərinə nail olmağa və şirkətin işgüzar fəallığının artmasına xidmət etməyə imkan verən alətlərdən istifadə edir. İstehlakçıların ən yüksək sorğularının yerinə yetirilməsi şirkətimizin keyfiyyət, əməyin mühafizəsi, ekologiya və təhlükəsizlik sahələrində beynəlxalq standartların tələblərinə uyğun işi ilə təmin edilir.
ƏLAVƏ MƏLUMAT
-
ISO 28000
Tədarük zəncirinin təhlükəsizlik menecment sistemi
ISO 28000:2007 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) hazırladığı beynəlxalq standartdır. Standart dünya biznes birliyinin yüklərin, nəqliyyat vasitələrinin və nəqliyyat infrastrukturu obyektlərinin terror, qaçaqmalçılıq və oğurluq təhdidlərinə qarşı möhkəmləndirilməsi tələbatlarına cavab olaraq hazırlanıb. ISO 28000:2007 standartının əsas qayəsi təhlükəsizlik menecment sistemlərinə (TMS) qarşı tələblərin unifikasiyasından və nəqliyyat təhlükəsizliyinin möhkəmləndirilməsindən ibarətdir.Tədarük zənciri üzrə təhlükəsizlik menecment sisteminin tətbiq edilməsi və sertifikatlaşdırılması əmin olmağa imkan verir ki, onun tədarük zənciri təhlükəsiz şəraitdə fəaliyyət göstərir, eləcə də əldə olunmuş təhlükəsizlik səviyyəsinin sübutunu AsstrA-nın potensial müştəriləri daxil olmaqla, bütün maraqlı tərəflərə nümayiş etdirməyə imkan yaradır.
Zürich Versicherungs-Gesellschaft AG
"Asstra" nın ekspeditor qismində məsuliyyət sığortasının təsdiqi.
"Zürich Versicherungs-Gesellschaft AG” şirkəti həqiqi sertfikat ilə ekspeditorların öhdəliklərinə müvafiq olaraq “AsstrA” holdinqinin bütün hüquqi şəxslərinin məsuliyyət sığortasını təsdiqləyir. Ekspeditorun müştəri qarşısında məsuliyyət sığortası polisi üzrə limiti 3 milyon avrodur. Sığorta nömrəsi - 15.778.554.ISO 9001/ ISO 14001 / ISO 45001
The company has certified a Quality Management System‚ Environmental Management System‚ Occupational Health and Safety Management System.
SQAS (AsstrA Italia s.r.l.)
SQAS (AsstrA Polska Sp. z o.o)
Şirkətimiz kimyəvi yüklərin daşınması ilə məşğul olan logistik provayderlərə qarşı tələblərə uyğunluq yoxlamasından könüllü keçib və SQAS sertifikatını - neytral və təhlükəli kimyəvi məhsullarla iş zamanı operativ fəaliyyətlərin təhlükəsizliyinə və keyfiyyətinə nəzarət aləti – alıb.
GDP
Sertifikat Avrpoa İttifaqının “Good Distribution Practice” (GDP) direktivlərinin tələblərinə uyğunluğunu təsdiq edir
Sertifikatlaşdırma sınaqlar, təftişlər və sertifikatlaşdırma sahəsində dünya liderlərindən biri – sertifikatlaşdırma üzrə orqan “Bureau Venitas” tərəfindən aparılıb. Bu sertifikatın əldə edilməsi “AsstrA”nın müştəriləri üçün dərman vasitələrinin etibarlı daşınmasının əlavə zəmanətidir və yükdaşımanın bütün mərhələlərində ən müasir nəzarət texnologiyalarından istifadəni və məlumatların ötürülməsini təsdiq edir. Etibarlı Distribüter Təcrübəsi (GDP) logistika və dərman vasitələrinin tədavülü sahəsində normalar, qaydalar və göstərişlər sistemidir. GDP-nin prinsipləri Avropa İttifaqının 94/C63/03 “Guidelines on Good Distribution Practice of medicinal products for human use” kitabçasında yazılıb.
AEO
Authorized Economic Operator
“AsstrA” İqtisadi fəaliyyətin səlahiyyətli subyekti sertifikatını əldə edib, bu da təsdiq edir ki, şirkətimiz etibarlı və ödəməqabiliyyətli tərəfdaşdır, təhlükəsizliyin müəyyən standartlarına və qanunvericiliyin müvafiq normalarına əməl etməklə işləyir. Bu, gömrük administrasiyası ilə sıx qarşılıqlı fəaliyyət sayəsində mümkün olub. Bu cür əməkdaşlıq sadələşdirilmiş gömrük prosedurlarından istifadə üzrə bir sıra icazələrə zəmanət verir, bu da müştərilərimizə xidmət göstərilməsini xeyli asanlaşdırır və sürətləndirir. Əldə edilmiş sertifikat müştərilərimizə gömrük bəyannamələrinin prioritet xidmətinə, idxal/ixrac bəyannaməsinin asan rəsmiləşdirilməsinə, sənədlərin və daşınan yükün minimum yoxlanma sayına zəmanət verir.
TAPA
The Transported Asset Protection Association
“AsstrA” şirkəti Daşınan Yüklərin Mühafizəsi Assosiasiyasının üzvüdür, bu da yükdaşıma prosesində qarət və oğurluq risklərini minimuma endirməyə imkan verir. Təşkilatın üzvləri sahibkarlar, logistik şirkətlər, nəqliyyat xidmətlərinin tədarükçüləri və hüquq orqanlarıdır. Assosiasiyanın əsas məqsədi beynəlxalq daşımalar prosesində yükün mühafizəsi və təhlükəsizliyinin maksimum səviyyəsini təmin etməkdir.
SQAS (AsstrA Polska Sp. z o.o.)
SQAS (AsstrA Polska Sp. z o.o)
Şirkətimiz kimyəvi yüklərin daşınması ilə məşğul olan logistik provayderlərə qarşı tələblərə uyğunluq yoxlamasından könüllü keçib və SQAS sertifikatını - neytral və təhlükəli kimyəvi məhsullarla iş zamanı operativ fəaliyyətlərin təhlükəsizliyinə və keyfiyyətinə nəzarət aləti – alıb.
FIATA
International Federation of Freight Forwarders Associations
“AsstrA”nın Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyasında iştirakı şirkətdə yüksək keyfiyyətli xidmət göstərilməsinin və beynəlxalq əmək normalarına uyğunluğun sübutudur. Bu, qiymətləri təsbit etmədən, fəaliyyət sahələrinə ayırmadan, sağlam rəqabət prinsiplərini pozmadan azad rəqabət üstünlüyü verir.
ISO 22000
Qida təhlükəsizliyi idarəetmə sistemi
Qida məhsullarının yaradılması zəncirində iştirak edən təşkilatlara qarşı tələb. Qida təhlükəsizliyi idarəetmə (menecment) sistemi istehlakçıların maraqlarına uyğun yerinə yetirilən fəaliyyət növlərinə, yəni təhlükəli yüklər daxil olmaqla, qablaşdırılmış və ya qablaşdırılmayan yeyinti məhsullarının daşınması proseslərinin təşkilinə şamil edilir. Standart qida məhsullarının təhlükəsizliyi və keyfiyyətinə dair milli və beynəlxalq tələbləri nəzərə alır. ISO 2200 sertifikasiyasına uyğunluq auditi “Bureau Veritas Certification” -sertikasiyalaşdırma üzrə orqan tərəfindən aparılıb. Qida məhsullarının logistikası sahəsində gələcək inkişaf proseslərin təkmilləşdirilməsinə, onların ixtisaslaşdırılmasına, habelə biznes tərəfdaşların maarifləndirilməsinə istiqamətlənib.
-
ASSOSİASİYALARDA İŞTİRAK
“AsstrA” müştərilərinə yüksək keyfiyyətli xidmətlər təklif edir. Əməkdaşlığın etibarlılığı və təhlükəsizliyini beynəlxaıq assosiasiyalarda üzvlük təsdiq edir:
- FIATA - Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası
- BAIF - Belarus Beynəlxalq Ekspeditorlar Assosiasiyası
- ASMAP - Rusiya Beynəlxalq Avtodaşıyıcılar Assosiasiyası
- AIFFU - Ukrayna Beynəlxalq Ekspeditorlar Assosiasiyası
- ZMPD - Polşa Beynəlxalq Avtodaşıyıcılar Assosiasiyası
- BAIRC - Belarus Beynəlxalq Avtodaşıyıcılar Assosiasiyası
- TAPA – Daşınan Yüklərin Mühafizəsi Assosiasiyası
- BVL - Almaniya Federal Logistika Assosiasiyası
- TIACA – Dünyanın yük aviadaşımaları bazarının iştirakçlarını birləşdirən Beynəlxalq yük aviasiyası qeyri-kommersiya assosiasiyası
- AEO – Səlahiyyətli sahibkarın sertifikatı
- EBA (Kiyev) – Avropa Biznes Assosiasiyası
- VMVT (Vilnüs) – Litva Dövlət Ərzaq-Baytarlıq Xidməti
- IFA – Beynəlxalq Gübrə İstehsalçıları Assosiasiyası
- CCTP – Transsibir daşımaları üzrə Əlaqələndirmə Şurasının Beynəlxalq Assosiasiyası
- BRITA – Belt and Road International Transport Alliance
- LANDBRIDGE – Landbridge Logistics Alliance
- NCBFAA – Amerika Daşıyıcılar və Gömrük Brokerləri Assosiasiyası