“AsstrA” beynəlxalq tütün məmulatları daşımalarını həyata keçirmək üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. “AsstrA” şəhərlərarası və beynəlxalq nəqliyyatda tütün və tütün məhsullarının tədarükünün ardıcıllığını təmin etməkdə müştərilərinə kömək göstərir. Şirkətimiz müxtəlif nəqliyyat vasitələri ilə Avropa, MDB, Baltikyanı, Balkan, Cənub-Şərqi və Mərkəzi Asiya regionlarına yükdaşımaları təşkil edir. Təcrübəli əməkdaşlarımız müştərinin tələbatlarını və yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, ən münasib çatdırılma marşrutunu tərtib edirlər və tütün məmulatlarının daşınma dəyərini hesablayırlar. “AsstrA” tütün ixracı və idxalını daşıma coğrafiyasından asılı olmayaraq, razılaşdırılmış müddətə təşkil edir. Beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini reallaşdırmağı və İsveçrə xidmət səviyyəsini qorumağı bacarırıq.
*AsstrA spirt və tütün məmulatlarının istifadəsini təşviq etmir.
ƏLAVƏ MƏLUMAT
-
DAŞIMA ŞƏRTLƏRİ
Tütün məmulatları kateqoriyası tütün əsaslı çeşidli malları özündə birləşdirir. Bunlara çəkilən tütün və buruna çəkilən tütün, siqaretlər, siqarlar, papiroslar və bəzi digər mallar aiddir. Sadalanan məmulatların hazırlanması üçün xammal qismində tütün yarpaqları və kəsilmiş tütündən istifadə olunur. Xammal və tütün əsaslı hazır mallar əlverişsiz xarici amillərin təsirinə məruz qalan daha “həssas yüklər”ə aid olunur. Tütün məhsulu hiqroskopikdir, yəni nəmi özünə çəkir və havadan su buxarlarını hopdurur, bundan başqa, kənar qoxuları hopdurur; avtolizə (xüsusi fermentlərin təsiri altında toxumaların öz-özünə həll olması), öz-özünə qızmaya, çürüməyə və kiflənməyə meyillidir. Xarici təsirlərə qarşı həssaslıq və bu materialın xassəsi nəqliyyat vasitəsinin yüksək germetikliyi (kipliyi) və yükün salamatlığını təmin etmək üçün tədbirlər daxil olmaqla, tütün daşınması üzrə bütün şərtlərə ciddi əməl etməyi zəruri edir. Xüsusilə tütün yarpaqları taylara qablaşdırılır, onların hər biri yalnız bir sortdan və eyni emaldan olan məhsuldan ibarətdir. Taylar preslənir və germetikliyi təmin edən kip qablaşdırma parçası ilə tikilir. Siqaretlər və papiroslar faner və ya çoxqatlı büzməli kartondan düzəldilmiş qutularda daşınır. Qutular isə, öz növbəsində ara qat materiallarının olduğu çoxdövriyyəli taraya qoyulur. Tütün məmulatlarının daşınması şərtlərinə əməl etməmək, yaxud qeyri-düzgün riayət emək yükün xarab olmasına, istehlakçı xassələrinin itkisinə, anbar ziyanvericiləri ilə yoluxmasına gətirib çıxarır. Tütün idxalı və ixracına qarşı müəyyən tələblər aksiz malların tədavülü haqqında qanunvericiliklə müəyyənləşdirilib. “AsstrA”nın əməkdaşları Rusiyanın daxili və beynəlxalq hüquqi tənzimləmələrdəki tələblərin, daşımalar sahəsində texniki və sanitar normativlərin əməl olunmasına nəzarət edir, eləcə də tütün daşınması üzrə öz təcrübəsinə və çoxillik praktikasına əsaslanır. Şirkətimiz bunun sayəsində konkret hər bir malın xassələrindən çıxış edərək təhlükəsiz və sürətli çatdırılmanı təmin edir.
-
NƏQLİYYAT NÖVLƏRİ
Tütün, siqaretlər, papiroslar və tütün sənayesinin digər məhsulları xarici amillərə qarşı yüksək həssaslığı ilə seçildiklərinə görə onların daşınması üçün ixtisaslaşdırılmış nəqliyyatdan istifadə edilir. Tütün məmulatlarının daşınması germetik, təmiz və quru nəqliyyat vasitələrindən istifadə etməklə həyata keçirilir. Nəmliyin aşağı səviyyədə olmasını, daimi temperaturu təmin etmək və kənar qoxuların hopmasının qarşısını almaq əhəmiyyətlidir. Yığma (qarışıq) yüklərin tərkibində tütün məhsullarının daşınmasına qarşı xüsusi tələblər var. Tütünü digər mallarla daşımağa icazə verilir, lakin belə malların siyahısı məhduddur. Tütün məmulatlarını nəqliyyat vasitəsinin daxilində kondensatın əmələ gəlməsinə səbəb ola biləcək və ya digər yolla nəmliyin səviyyəsini poza biləcək yüklələrlə birlikdə daşımaq qadağandır. Qida məhsulları ilə birlikdə daşımağa da icazə verilmir. Tütün və tütün məmulatlarının olduğu qablaşdırmaya xüsusi nişan yapışdırılmalıdır.
“AsstrA” təkcə öz texniki imkanlarından istifadə etmir, həm də etibarlı nəqliyyat tərəfdaşlarını cəlb edir, buna görə də bütün nəqliyyat vasitələrində və qoşqularda bütün texniki sənədlər mövcuddur. Bundan başqa, nəqliyyat vasitəsi əlavə təhlükəsizlik sistemləri ilə təchiz edilib: izləmə sistemi, siqnalizasiya, əlavə qıfıl, qaçırılma əleyhinə elektron qurğular, immobilayzer. “AsstrA”nın təcrübəli mütəxəssisləri yükün xüsusiyyətindən və müştərinin tələbatından asılı olaraq, tütün daşımaları üçün uyğunlaşdırılmış nəqliyyat vasitələrini seçirlər. Əməkdaşlarımız ehtiyac olarsa, hava, avtomobil, dəniz və dəmir yolu nəqliyyatından yararlanmaqla multimodal daşıma sxemlərini tərtib edirlər.
-
İMKANLARIMIZ
Tütün məmulatlarının daşınması şirkətimiz üçün uzun illərdir avtomobol nəqliyyatı ilə yükdaşımaların prioritet istiqamətlərindən biridir. Nəqliyyat və logistik xidmətlərin göstərilməsi üçün tütün sənayesinin şirkət-təmsilçisi tərəfindən “AsstrA Drinks & Tobacco Logistics” xüsusi departamenti yaradılıb. Bu şöbənin əsas ixtisası tütün yarpağı və hazır siqaret məhsulunun idxalı və ixracı təşkil edir. “AsstrA Drinks & Tobacco Logistics”in əməkdaşları tütün məhsulu bazarınının özəlliyini və onun daşınması xüsusiyyətlərini dəqiqliklə bilirlər. Buna görə də mütəxəssislərimiz daşıma və saxlama zamanı yükün maksimim təhlükəsizlik səviyyəsini təmin edirlər, bütün sanitar və texniki normalara əməl edirlər, aksiz mallar haqqında qanunvericiliyin tələblərini nəzərə alırlar. Nəqliyyat xidmətlərinin sınanmış və etibarlı tədarükçüləri ilə əməkdaşlıq daha rasional marşrut tərtib etməyə və seçməyə, çatdırılmanın bütün mərhələlərini dəqiq əlaqələndirməyə və hər bir yükü təyin edilmiş müddətə çevik daşımağa imkan verir. “AsstrA”nın tütün daşınması üzrə kompleks xidmətlərinə daxildir:
- Ətraflı layihə və daşıma qrafikinin hazırlanması
- Tütün yarpağı və hazır məhsulun xassələri nəzərə alınmaqla uyğunlaşdırılmış nəqliyyat vasitəsinin seçilməsi
- Münasib daşıma marşrutunun yaradılması, təhlükəsiz çatdırılma şərtlərini təmin etmək
- Risklərin təhlili
- Anbar xidmətləri, Avropa və MDB anbarlarında yüklərə xidmət
- Daşıma prosesində yükün salamatlığına həftədə 7 gün, sutkada 24 saat
- nəzarət, eləcə də yükləmə-boşaltma işlərinin həyata keçirilməsi
- Kompleks gömrük müşayiəti
- Nəqliyyat, logistika və gömrük proseduru sahəsində konsaltinq
-
ÜSTÜNLÜKLƏRİMİZ
1.BAZARI ANLAMA
“AsstrA” şirkətinin əməkdaşları tütün idxalı və ixracı ilə bağlı hər məsələnin həllinə işini ən yüksək səviyyədə bilərək yanaşır. Mütəxəssislərimizin nizamlı işi sayəsində “AsstrA”nın hər müştərisinə daşımalar zamanı yükün təhlükəsizliyinə, tədarüklərin dəqiq və mütəşəkkil sisteminə, təyin edilmiş çatdırılma müddətinə əməl olunmasına və daşımanın bütün şərtlərinin yerinə yetirilməsinə zəmanət verilir.
2.İXTİSASLAŞDIRILMIŞ NƏQLİYYAT
“AsstrA” uyğunlaşdırılmış nəqliyyat vasitələrindən istifadə etməklə tütün məmulatlarının daşınmasını həyata keçirir. Nəqliyyat vasitəmiz nəinki bütün sanitar və texniki tələblərə cavab verir, hətta qaçırılma əleyhinə təhlükəsizlik sistemləri ilə təchiz olunub. “AsstrA” etibarlı və sınanmış nəqliyyat şirkətəri ilə əməkdaşlıq sayəsində hər müştəriyə xidmətin yüksək keyfiyyətinə zəmanət verir.
3.GÖMRÜK DAŞIYICISININ STATUSU
“AsstrA” lisenziyalı gömrük daşıyıcısıdır, bu da Gömrük İttifaqı ərazisində gömrük müşayiəti olmadan tütün məhsulları və tütün daşınmasını həyata keçirməyə imkan verir. Bundan başqa, gömrük daşıyıcısının lisenziyası müvafiq ərazidə gömrük ödəmələrindən azad edilməni nəzərdə tutur, bu da, öz növbəsində gömrük və nəqliyyat xərclərini optimallaşdırmağa imkan verir.
4.MÜHAFİZƏ MÜŞAYİƏTİ
Şirkətimiz etibarlı tərəfdaşlarla – Aİ və MDB ölkələrində, eləcə də Gürcüstanda mühafizə bölmələri ilə işləyir. Bununla da, “AsstrA” tütün idxalı və ixracının təhlükəsizliyini təmin edir.
5.TAM SƏNƏDLƏR PAKETİNİN RƏSMİLƏŞDİRİLMƏSİ
“AsstrA”nın təcrübəli mütəxəssisləri bir logistik operator tərəfindən tütün daşınması üzrə xidmətlərin tam kompleksini təqdim edir. 18 ölkədə qlobal miqyasda iştirak etməklə yanaşı, şirkətimizin 8 gömrük agentliyi də var, bu da bizə zəruri gömrük və və mal müşayiət sənədlər komplektini vaxtında və tam həcmdə hazırlamağa imkan verir.
6.ZAMİN
Tütün məhsulu Avropa İttifaqı ərazisi üzrə tranzitlə daşınarsa, “AsstrA” şirkəti gömrük zamini qismində çıxış edir, bu da xərcləri azaltmağa və çatdırılmanı tezləşdirməyə imkan verir.
7.ETİBARLILIQ
“AsstrA” Daşınan Yüklərin Mühafizəsi Assosiasiyasına (TAPA) daxildir, TAPA-ya üzv olmaq tütün məhsullarının daşınması zamanı yükün korlanması və itkisi risklərini minimuma endirmək üçün əlavə imkanlar verir. Bundan başqa, “AsstrA” AEO-təsərrüfat fəaliyyətinin səlahiyyətli subyekti sertfikatını alıb. AEO sertifikatı təsdiq edir ki, şirkətimiz etibarlı və ödəməqabiliyyətli tərəfdaşdır, daşıma zamanı təhlükəsizlik standartlarına və qanunvericiliyin bütün tələblərinə əməl edir.
-
YÜKSƏK MALİYYƏ ZƏMANƏTƏRİ
Biz tütün daşınması üzrə təhlükəsiz və səmərəli xidmətlərin göstərilməsinəcəmlənmişik, bunlar da öz növbəsində beynəlxalq hüququn tələblərinə cavab verir. “AsstrA”nın daşınan yükə görə məsuliyyəti hər bir sığorta hadisəsi üzrə 3 000 000 avro məbləğində sığortalanıb. Sığorta ödənişini etibarlı tərəfdaşımız “Zurich Versicherungs-Gesellschaft AG” (İsveçrə) təmin edir.
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.