AsstrA xarici iqtisadi fəaliyyət sahəsində vasitəçilik və konsaltinq xidmətləri, gömrük müşayiəti, idxal-ixrac əməliyyatlarının təşkili, distribusiya və tədarük zəncirinin idarə edilməsi daxil olmaqla, müştərilərə xarici iqtisadi fəaliyyətin kompleks xidmətini təklif edir. Qloballaşma prosesləri və milli iqtisadiyyatların möhkəmlənməsi bütün dünyadakı şirkətləri xarici tərəfdaşlarla ticarət əlaqələri qurmağa və yeni satış bazarlarını mənimsəməyə vadar edir. Belə şəraitdə kənardan təcrübəli logistik provayderin dəstəyi və logistik autsorsinq maliyyə xərclərinin yaranma riskini azaltmağa və yeni bazarlara uğurla çıxmaq ehtimalını artırmağa imkan verir.
AsstrA müştərilərinə xarici ticarət fəaliyyəti üzrə kompleks müşayiətin və beynəlxalq daşınmaların bütün üstünlüklərindən istifadə etməyə kömək göstərir. Bizim mütəxəssislərimiz 20 ildən artıqdır münasib nəqliyyat marşrutlarını hazırlayırlar və Avropa, Asiya ölkələrində ticarət xidmətləri göstərirlər. AsstrA-nın əməkdaşları müştərinin fərdi tələbatlarını nəzərə alırlar, müəyyən edilmiş müddətə ciddi əməl etməklə nəqli sərfəli qiymətə təmin edirlər, gömrükdən tez keçmək üçün zəruri rəsmiləşdirmələrə əməl etməyə və xarici iqtisadi sazişlərin müşayiəti üçün tam sənədlər paketini rəsmiləşdirməyə kömək edirlər. Şirkət etibarlı tərəfdaşlarla əməkdaşlıq sayəsində çevik qiymət siyasəti aparır və İsveçrə servis səviyyəsini dəstəkləyir.
ƏLAVƏ MƏLUMAT
-
İMKANLARIMIZ
Ticarət xidmətləri logistik autsorsinq kateqoriyasına daxildir. Logistik autsorsinq şirkətin ənənəvi olaraq daxili əməkdaşları və öz resurslarını cəlb edərək fəaliyyəti həyata keçirmək üçün üçüncü şəxslərdən strateji istifadəni nəzərdə tutur. AsstrA dördüncü səviyyəli logistik provayderdir (4PL). Bu o deməkdir ki, şirkətin əməliyyat logistika fəaliyyətindən başqa, tədarük zəncirinin idarə edilməsi və inteqrasiyası, resursların seçimi və onları idarəetmə üzrə ümumi strateji funksiyaları yerinə yetirir. AsstrA ticarət xidmətləri sahəsində maksimum geniş səlahiyyətə malikdir. Belə ki, şirkətin mütəxəssisləri xarici iqtisadi fəaliyyətin müşayiəti çərçivəsində müştərinin gömrük, kommersiya və valyuta risklərinin qiymətləndirməsini aparır, istehsalçı ilə tədarükləri əlaqələndirir və tam maliyyə hesabatlılığını təqdim edir. AsstrA texniki idxalçı qismində çıxış edir, yəni müştərinin adından xarici ticarət fəaliyyətinin tam aparılması ilə məşğul olur. Şirkət texniki idxalçı qismində aşağıdakı xidmətləri göstərir:
- Xarici tədarükçülərlə danışıqların aparılması və müqavilələrin imzalanması
- İstehsalat, tədarük və hesablaşmalar üzrə qrafiklərin razılaşdırılması
- Xarici tədarükçülərlə hesablaşmalar
- Mal müşayiətedici sənədlərin rəsmiləşdirilməsi məsələləri üzrə konsaltinq xidmətlərinin göstərilməsi
- Münasib daşınma sxemləri və marşrutlarının seçimi
- Daşınan yükü “bütün risklərdən” sığortalanması
- İdxal və ixrac edilən məhsulların qüvvədə olan lokal və beynəlxalq aktlara əsasən sertifikatlaşdırılması
- İdxal və ixrac edilən məhsulların qüvvədə olan lokal və beynəlxalq aktlara əsasən markalanması
- Gömrük rüsumları və gömrük ödənişlərinin verilməsi
- Gömrük sənədlərinin tam paketinin hazırlanması daxil olmaqla, gömrük rəsmiləşdirilməsi, gömrük qiymətinin korrektə edilməsi məsələləri və digər məsələlər üzrə gömrük orqanları ilə qarşılıqlı fəaliyyət
- Anbarda saxlamanın təşkili
AsstrA agent qismində ticarət xidmətləri göstərir, yəni müştərinin maraqlarına uyğun olaraq öz adından fəaliyyət göstərir və xarici iqtisadi fəaliyyətin uğurlu təşkili üçün zəruri olan maliyyə, hüquqi və gömrük məsələləri üzrə vasitəçilik və konsaltinq xidmətləri göstərir.
-
XİDMƏTLƏRİN COĞRAFİYASI
- AsstrA-nın ticarət xidmətlərinin coğrafiyası genişdir və aşağıdakı istiqamətlər üzrə xarici iqtisadi fəaliyyət xidməti göstərir:
- Malların Avropa, Çin və ABŞ-dan Rusiya, Belarus, Ukrayna və Qazaxıstana idxalı
- Malların Rusiya, Ukrayna və Belarusdan ABŞ, Çin və Aİ ölkələrinə ixracı
- Malların Çindən Aİ ölkələrinə ixracı
- Sonradan MDB və Aİ-yə göndərməklə yüklərin Çində konsolidasiyası
-
ÜSTÜNLÜKLƏRİMİZ
ÇOXİLLİK TƏCRÜBƏ
“AsstrA” şirkəti 20 ildən artıqdır beynəlxalq yük daşımalarını təşkil edir və ticarət xidmətlərini göstərir. Şirkət fəaliyyət göstərdiyi illər ərzində sənayenin müxtəlif sahələrinin özəlliklərini öyrənib. Hər bir müştərinin fəaliyyət sahəsinin xüsusiyyətlərini anlama bizə ən mürəkkəb logistik tapşırıqların səmərəli həllərini hazırlamağa imkan verir.
GENİŞ COĞRAFİYA
AsstrA-nın dünyanın 18 ölkəsində qlobal iştirakı və özünün 8 gömrük agentliyinin olması göstərilən xidmətlərin kompleks xarakterini, eləcə də hər bir müştəriyə yaxın olmağı təmin edir. Şirkətin əməkdaşları bir neçə xarici dilə yiyələniblər, bu da qarşılıqlı anlayışın yüksək səviyyəsini və iş zamanı yaranan məsələləri operativ həll etmək imkanını təmin edir. Bununla yanaşı, AsstrA-nın nümayəndələri saat qurşağından asılı olmayaraq sifarişçi ilə ona uyğun istənilən vaxtda əlaqədə qalırlar.
ETİBARLILIQ
AsstrA-nın uzunmüddətli müqavilələr əsasında əməkdaşlıq etdiyi nəqliyyat xidmətlərinin sınanmş tədarükçüləri və digər tərəfdaşlar istənilən bazar şəraitində KPI-nın yüksək göstəricilərinə zəmanət verir, eləcə də müştərilərə çevik maliyyə şərtləri təqdim etməyə imkan verir.
YÜKSƏK MALİYYƏ ZƏMANƏTLƏRİ
“AsstrA” göstərilən xidmətlərin yüksək keyfiyyətini qoruyur, beynəlxalq konvensiyalar və sazişlərin tələblərinə ciddi əməl edir. Hər bir sığorta hadisəsinə görə bağlanmış məsuliyyət sığortası müqavilələri üzrə məsuliyyət limiti 3 000 000 EUR təşkil edir. Sığorta ödənişini Bizim İsveçrədən olan sınanmış tərəfdaşlarımız “Zurich Versicherungs-Gesellschaft AG” (“Zurich Insurance Company Ltd”), “Basler Versicherung”, “Aktiv Assekuranz” qarşılayır.
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün zəhmət olmasa sorğunu saytda rəsmiləşdirin, yaxud “AsstrA” şirkətinin ən yaxınlıqdakı ofisinə müraciət edin.