Bir-birindən uzaq məsafədə yerləşən dövlətlər arasında beynəlxalq ticarətin inkişafı, daşınan malların siyahısının genişlənməsi yüklərin refrijeratorlarda (soyuducularda) daşınması bazarının inkişafına təkan verib. Ekspertlərin zənnincə, bu sahə gələcəkdə də inkişaf edəcək və genişlənəcək. Refrijeratorda (soyuducuda) yükdaşımalar yükün təhlükəsizliyi üçün istənilən məsafədə müəyyən temperatur rejiminə əməl edilməli olan yükləri daşımağa imkan verir. Xüsusi təchiz edilmiş nəqliyyat vasitələri sayəsində malların istehlak xassələri dəyişmir, habelə yük zərər görmür və korlanmır. Qida, kosmetika, kimya, əczaçılıq, sənaye, kənd təsərrüfatı və digər sahələrdə yükdaşımanın bu növünə xeyli tələbat var. “AsstrA” refrijeratorda (soyuducuda) daşınmaların bütün üstünlüklərindən istifadə etmələri üçün müştərilərinə kömək göstərir. Əməkdaşlarımız tezkorlanan yüklərin daşınması üzrə məhdud və ciddi qaydada müəyyən edilmiş vaxtı nəzərə alaraq çatdırılmanın ən münasib marşrutunu tərtib edirlər. “AsstrA”nın mütəxəssisləri əsas təşkil edən temperatur rejimi, eləcə də təhlükəli yüklərin daşınmasının xüsusi qaydaları daxil olmaqla, sanitar tələblərə və standartlara riayət olunmasına nəzarət edir.
ƏLAVƏ MƏLUMAT
-
Yüklərin refrijeratorda (soyuducuda) beynəlxalq daşınmaları müxtəlif temperatur şəraitinin – qızma, soyutma və dərin dondurma - yaradılması üçün quraşdırılmış xüsusi nəqliyyat vasitələrindən istifadə etməklə həyata keçirilir. Belə nəqliyyat vasitələrindən biri refrijeratordur. Bu nəqliyyat vasitəsi soyuducu sistemlə təchiz edilib. Bu sistem tezkorlanan malları, əczaçılıq və kimya sənayesinin məhsullarını və digər yükləri süni soyutma şəraitində daşımağa imkan verir. Refrijeratorun çoxlu modifikasiyaları mövcuddur:
- ikiyaruslu refrijerator xeyli sayda malı birdəfəlik daşımağa imkan verir,
- ikikameralı refrijerator aşağı (-) və yüksək (+) temperaturun dəstəklənməsi üçün istifadə olunur.
İzotermik furqon avtomobillər temperatur rejiminə qarşı böyük ehtiyacı olan ərzaq və qeyri-ərzaq malların daşınması üçün də nəzərdə tutulub. Bu yük avtomobili qalınlaşdırılmış divarlarları ilə seçilir, onun daxili üzü isə oksidləşmir və çatdırılma zamanı yükə mexaniki təsiri azaldır. “AsstrA” etibarlı nəqliyyat tərəfdaşlarını cəlb edir, buna görə də bütün nəqliyyat vasitələri və konteynerlərin texniki və sanitar pasport daxil olmaqla, bütün icazə sənədləri mövcuddur.
-
Refrijeratorda daşımalar bir neçə kateqoriyalı malların çatdırılması üçün lazımdır. Bu yolla daşınan yüklərin əsas həcmini tezkorlanan və xüsusən tezkorlanan məhsullar təşkil edir. Bu kateqoriya genişdir və bitki və heyvan mənşəli yeyinti məhsullarını, emal məhsullarını, süd və turş süd məhsullarını, qənnadı məmulatlarını, yarımfabrikatları və bir çox digər malları əhatə edir. Belə ki, tezkorlanan yüklər kateqoriyasına əgər onlarda nəmin xüsusi payı 13 faizi ötmürsə, krem tərkibli qənnadı məmulatlar daxildir. Təzə giləmeyvələr, yenicə kəsilmiş güllər, soyudulmuş balıqlar və dəniz məhsulları tezkorlanan yüklər deyil. Canlı bitkilər, kimyəvi məhsullar, kosmetik vasitələr, dərman preparatları və digər yüklər, o cümlədən təhlükəli yüklər də refrijeratorda daşınır. “AsstrA” hər bir konkret malın xassələrini nəzərə alaraq münasib nəqliyyat vasitəsini seçir, təhlükəsiz və operativ çatdırılmanı təmin edir. Etibarlı nəqliyyat şirkətləri ilə sıx əməkdaşlıq sayəsində çevik qiymət siyasətini həyata keçirə və yüksək səviyyəli xidmət göstərə bilirik.
-
-
- ÇOXİLLİK TƏCRÜBƏ
“AsstrA” 20 ildən artıqdır refrijeratorda yükdaşımaları təşkil edir. Şirkətimiz bu müddət ərzində müxtəlif sahələrin və fəaliyyət sferalarının özünəxas xüsusiyyətini öyrənib, buna görə də hər bir müştəri konkret tapşırığın sınanmış və səmərəli həllini alır.
- KOMPLEKS XİDMƏT
“AsstrA”nın təcrübəli mütəxəssisləri bir logistik operator tərəfindən yüklərin refrijeratorda (soyuducu) daşınması üzrə kompleks xidmətlər göstərir: daşınmalar (multimodal daşımalar daxil olmaqla), gömrük müşayiəti, sığortalama, anbar xidmətləri, konsaltinq, layihə logistikası, logistik servis. Dünyanın 18 ölkəsində qlobal iştirakdan başqa, “AsstrA”nın 8 gömrük agentliyi var, bu da bizə innovativ logistik və nəqliyyat həllərini daim təkmilləşdirməyə və hazırlamağa imkan verir.
- ETİBARLILIQ
“AsstrA” nəqliyyat xidmətlərinin etibarlı tədarükçülərini cəlb etməklə yüklərin refrijeratorda (soyuducuda) beynəlxalq daşınmasını təşkil edir. Nəqliyyat tərəfdaşlarımız Bizimlə uzunmüddətli müqavilələr əsasında əməkdaşlıq edirlər, bu da bazar şəraitindən asılı olmayaraq yüksək KPI göstəricilərinə nail olmağa zəmanət verir. “AsstrA”nın nəqliyyat tərəfdaşlarının zəruri lisenziyaları və icazələri, daşıyıcının məsuliyyət sığortasının müqavilələri var.
- YÜKSƏK MALİYYƏ ZƏMANƏTLƏRİ
“AsstrA” refrijeratorda (soyuducuda) yükdaşımalar üzrə yüksək səviyyəli xidmətlər göstərir və beynəlxalq hüququn tələblərinə dəqiq riayət edir. Şirkətimiz hər bir sığorta hadisəsi üzrə 3 000 000 EUR limiti ilə daşınan yükə görə məsuliyyət sığortası müqaviləsi bağlayır. Sığorta ödənişini İsveçrənin sınanmış tərəfdaş şirkəti “Zurich Versicherungs-Gesellschaft AG” həyata keçirir.
- ÇOXİLLİK TƏCRÜBƏ
-
- Balkan, Skandinaviya daxil olmaqla, Avropa üzrə yüklərin refrijeratorda (soyuducuda) daşınması
- Rusiya üzrə yüklərin refrijeratorda (soyuducuda) daşınması
- MDB ölkələri üzrə yüklərin refrijeratorda (soyuducuda) daşınması
- Avropa ölkələri və MDB arasında yüklərin refrijeratorda (soyuducuda) daşınması
- Avropa ölkələri və Qafqaz arasında yüklərin refrijeratorda (soyuducuda) daşınması
- Avropa ölkələri və Mərkəzi Asiya arasında yüklərin refrijeratorda (soyuducuda) daşınması
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.