“AsstrA” 25 ildir beynəlxalq yükdaşımaların təşkili ilə məşğul olur. Ekspress çatdırma kiçikqabaritli yüklərin çatdırılması üçün innovativ servis və operativ logistik həlldir. Bu xidmətə fərdi sahibkarlardan tutmuş iri istehsalçılar və idxalçılara qədər müxtəlif miqyaslı şirkətlər arasında tələbat var. Ekspress çatdırmağa kiçiktonnajlı avtomobillərdən istifadə etməklə MDB ölkələrindən malların kiçik partiyalarının ixrac daşımaları, habelə Avropa regionunda kiçik partiyaların daşınmaları üzrə xidmətlər daxildir. “AsstrA” Avropaya və onun hüdudları kənarına yüklərin ekspress çatdırılmasının bütün üstünlüklərindən istifadə etməkdə öz müştərilərinə kömək edir. Əməkdaşlarımız müştərinin tələbatlarını və yükün səciyyəvi xüsusiyyətlərini təhlil edirlər, ən münasib çatdırılma marşrutunu tərtib edirlər və onun dəyərini hesablayırlar. “AsstrA” daşıma coğrafiyasından asılı olmayaraq, malların daşınmasını müəyyən edilmiş müddətə qəti şəkildə uyğun olaraq təşkil edir. Etibarlı nəqliyyat şirkətləri və digər tərəfdaşlarla sıx əməkdaşlıq sayəsində çevik qiymət siyasətini aparmağı və yüksək xidmət səviyyəsini qorumağı bacarırıq. “AsstrA” ilə yüklərin çatdırılmasının hər bir xırdalığında İsveçrə keyfiyyət standartı var.
ƏLAVƏ MƏLUMAT
-
Ekspress çatdırmağa çəkisi 1500 kiloqramadək və həcmi 10 palletə qədər olan yüklər qəbul edilir.
Ekspress çatdırmağa aşağıdakı yük növlərinin daşınmasında tələbat var:
- Qida məhsulları,
- Əczaçılıq məhsulları,
- Avadanlıq və onun ehtiyat hissələri,
- Məişət texnikası və elektronika malları,
- Təhlükəli yüklər,
- Texnika və avtomobillərin ehtiyat hissələri.
Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bəzi kateqoriyalı yüklərin birlikdə daşınmasına icazə verilmir. Bu kateqoriyalara ADR 1-ci sinifə aid xüsusi təhlükəli maddələr və 6-cı bəzi yarımsiniflər, tezkorlanan məhsullar, əndazəsiz yüklər daxildir. Daşınmanın konkret şərtlərini və xidmətin qiymətini müəyyənləşdirmək üçün əməkdaşlarımız yükün növ və qabaritlərini, lazımi tranzit müddətini, yükləmə və boşaltmanın dəqiq yerlərini, yükün gömrük və sənəd müşayiətinə qarşı tələbləri nəzərə alırlar.
“AsstrA” yükdaşımalar üzrə milli və beynəlxalq hüquqi tənzimləmədəki dəyişiklikləri diqqətlə izləyir, hər bir konkret malın xassələrinə əsaslanaraq təhlükəsiz və sürətli çatdırılmanı təmin edir.
-
“AsstrA”nın təcrübəli mütəxəssisləri yükün səciyyəvi xüsusiyyətlərindən və müştərinin tələbatlarından asılı olaraq, uyğunlaşdırılmış nəqliyyat vasitələrini seçirlər. O cümlədən, avtomobil nəqliyyatı daşıma prosesinə nəzarət etmək üçün GPS sistemləri, habelə malların sürtələ yüklənməsi və boşaldılması məqsədilə ixtisaslaşdırılmış avadanlıqla təchiz edilib.
-
-
“AsstrA” ilə yüklərin ekspress çatdırılmasına aşağıdakılar daxildir:
- Müştəriyə yönümlülük;
- Bütün Avropa üzrə yüklərin “qapıdan qapıyadək” çatdırılması;
- Avropada avtomobillərin yükləndiyi və boşaldıldığı müxtəlif yerlərdən istifadə etməklə yüklərin müəyyənləşdirilmiş tədarük zəncirləri;
- Almaniya, İtaliya, Litva, Polşa və Belarusda konsolidə edilmiş anbarların mövcudluğu;
- Daşımaların sürətinin gün ərzində 700-1000 kilometrədək çatması;
- Yük avtomobillərinin siqnalizasiya və temperatur rejiminə nəzarət sistemləri daxil olmaqla, müasir təchizatı sayəsində yükün təhlükəsizliyinə zəmanət verilməsi;
- Qiymət qoyulmasına qarşı şəffaf yanaşma;
- Daimi müştərilər üçün çevik endirim sistemi;
- Sifarişçilərə hər gün monitorinq təqdim etmək imkanı ilə birlikdə yolun hər hissəsində daşımaya operativ nəzarət;
- Mal müşayiət və gömrük sənədlərinin rəsmiləşdirilməsi;
- Yüklərin “bütün risklərdən” sığortalanması;
- ISO 9001, ISO 22000, ISO 14001, OHSAS 18001 beynəlxalq standartlarına uyğunluq.
-
- ÇOXİLLİK TƏCRÜBƏ
“AsstrA” 25 ildir beynəlxalq yükdaşımalarını təşkil edir. Şirkətimiz bu müddət ərzində müxtəlif sahələrin özəlliklərini və fəaliyyət sferalarını öyrənib, buna görə də hər bir müştəri konkret tapşırığın sınanmış və səmərəli həllini əldə edir.
- GENİŞ COĞRAFİ TƏMSİLÇİLİK
“AsstrA” geniş filial şəbəkəsini Avropa və MDB-nin 18 ölkəsində inkişaf etdirib. Əməkdaşlarımız xarici dillərə yiyələniblər və müştərinin harada olmasından və saat qurşağından asılı olmayaraq, onunla həmişə əlaqə saxlayırlar. Coğrafi təmsilçiliyin inkişafı, həmçinin daşıma prosesinə nəzarəti xeyli asanlaşdırır.
- KOMPLEKS XİDMƏT
“AsstrA”nın təcrübəli mütəxəssisləri bir logistik operator tərəfindən xidmətlərin tam kompleksini təqdim edir: daşımalar, gömrük müşayiəti, sığortalama, anbar xidmətləri, konsaltinq, layihə logistikası, logistik servis. “AsstrA”nın dünyanın 18 ölkəsində filialları olması ilə yanaşı, 8 gömrük agentliyi də var, bu da bizə innovativ logistik və nəqliyyat həllərini daim təkmilləşdirməyə və hazırlamağa imkan verir.
- UYĞUNLAŞDIRILMIŞ DAŞIMA SXEMLƏRİ
“AsstrA”nın əməkdaşları müştərinin çatdırılma müddəti və qiymətinə qarşı tələbini nəzərə alırlar və yükün xassələrini təhlil edirlər. Onlar bu məlumatı nəzərə alaraq, müvafiq nəqliyyat sxemlərini və uyğunlaşdırılmış nəqliyyat vasitələrini seçirlər.
- ETİBARLILIQ
“AsstrA” təkcə beynəlxalq yükdaşımalarını təşkil etmir, həm də nəqliyyat xidmətlərinin etibarlı tədarükçülərini daşımaların həyata keçirilməsinə cəlb edir. Nəqliyyat tərəfdaşlarımız Bizimlə uzunmüddətli müqavilələr əsasında əməkdşalıq edirlər, bu da bazar şəraitindən asılı olmayaraq KPI üzrə yüksək göstəricilərin əldə olunmasına zəmanət verir. “AsstrA”nın nəqliyyat tərəfdaşlarının bütün zəruri lisenziyaları və icazələri, daşıyıcının məsuliyyət sığortası üzrə müqavilələri var.
- YÜKSƏK MALİYYƏ ZƏMANƏTƏRİ
“AsstrA” göstərilən xidmətlərin yüksək keyfiyyətini qoruyur və beynəlxalq hüququn tələblərinə diqqətlə əməl edir. Bizim şirkətimiz hər bir sığorta hadisəsi üzrə 3 000 000 avro məbləğində limitlə daşınan yükə görə məsuliyyət sığortası müqavilələri bağlayır. Sığorta ödənişini şirkətin İsveçrədən olan sınanmış tərəfdaşı “Zurich Versicherungs-Gesellschaft AG” qarşılayır.
- ÇOXİLLİK TƏCRÜBƏ
-
Ekspress çatdırma yükün kiçiktonnajlı avtomobillərlə daşınmasını nəzərdə tutduğuna görə bu növə avtomobil yükdaşımaları qaydaları tətbiq oluna bilər. Avtomobil nəqliyyatı ilə yükdaşımaların hüquqi tənzimlənməsi sistemi müxtəlif məsələləri nizamlayan bir sıra milli və beynəlxalq normativ-hüquqi aktlardan ibarətdir: malların yol ilə daşınma şərtləri, sifarişçilərin fəaliyyətinin lisenziyalaşdırılması, nəqliyyat vasitələrinə qarşı tələblər, ayrı-ayrı yük növlərinin daşınma qaydaları, gömrük prosedurları, daşıyıcının məsuliyyəti və s. Bəzi beynəlxalq konvensiyaların məcburi hüquqi qüvvəsi var. Bunların sırasına Yüklərin beynəlxalq yol daşımaları müqaviləsi haqqında konvensiya, beynəlxalq yol daşımaları kitabçasının tətbiqi ilə Yüklərin beynəlxalq daşınması haqqında gömrük konvensiyası, Təhlükəli yüklərin beynəlxalq yol daşınması haqqında Avropa sazişi daxildir. Digər tərəfdən, Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında qanun, Nəqliyyat-ekspedisiya fəaliyyəti qaydası və digər sənədlər daşımaların bu növünün tənzimlənməsində tətbiq olunur. “AsstrA” müvafiq qaydaların əməl edilməsinə nəzarət edir və mal müşayiət sənədləri, qaimələr, gömrük bəyannamələri və s. daxil olmaqla, əlaqədar sənədlərin rəsmiləşdirilməsi üzrə öhdəliyi tam üzərinə götürür.
Ətraflı məlumat almaq, habelə yükün daşınmasına görə tarifin hesablanması üçün sorğunu birbaşa saytda rəsmiləşdirin və ya “AsstrA” nın ən yaxınlıqdakı ofisinə müraciət edin.