“AsstrA” beynəlxalq tərəvəz, meyvə və zeytun daşınmasını həyata keçirmək üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Qida (yeyinti) sənayesinin və kənd təsərrüfatının inkişafı hər bir dövlətin ərzaq təhlükəsizliyinin tərkib hissəsidir. Lakin çox vaxt konkret regionun coğrafi və iqlim xüsusiyyətləri istehlakçıların tələbatlarını tam qarşılamağa imkan vermir. Xarici ölkələrdən zeytun, tərəvəz və mövsümi meyvələrin idxalı məhsul müxtəlifliyini təmin edir və bu kateqoriyalı mallara olan yüksək tələbatı ödəyir. “AsstrA” beynəlxalq əlaqədə zeytun, tərəvəz və meyvə məhsullarının ardıcıl tədarükünü təşkil etməkdə müştərilərinə kömək göstərir. Şirkətimiz müxtəlif nəqliyyat vasitələri ilə Avropa, MDB, Baltikyanı, Balkan, Cənub-Şərqi və Mərkəzi Asiya regionlarına yükdaşımaları təşkil edir. Təcrübəli əməkdaşlarımız müştərinin tələbatlarını və yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, ən münasib çatdırılma marşrutunu tərtib edirlər və daşınmanın dəyərini hesablayırlar. “AsstrA” hər yükü daşınma coğrafiyasından asılı olmayaraq razılaşdırılmış müddətə çatdırılmasını təşkil edir. Beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini reallaşdırmağı və İsveçrə xidmət səviyyəsini qorumağı bacarırıq.
ƏLAVƏ MƏLUMAT
-
Meyvə və tərəvəz məhsullarının daşınması bütün sanitar, epidemioloji və fitosanitar tələblərə dəqiq və diqqətlə əməl olunmasını vacib edir. Meyvə məhsullarının daşınması xüsusiyyəti onların mövsümi məhsullara aid olmasından çox asılıdır. Bu sahədə yük dövriyyəsi noyabrın sonundan fevralın sonunadək fəallaşır. Bu, Yeni il bayramı ərəfəsində mövsümi portağal, naringi və digər meyvələrə artan tələbat ilə izah olunur. Bu dövrdə temperatur aşağı, havanın rütubəti sabit yüksək olur ki, bu da daşınan meyvələrin vəziyyətinə əlverişsiz təsir göstərir. Tərəvəz məhsullarının daşınma temperaturu, həmçinin təyin edilmiş normativlərdən aşağı olmamalıdır. “AsstrA” malın korlanmaması və itkiyə məruz qalmaması üçün refrijeratorla daşımaları həyata keçirir, meyvə və tərəvəz məhsullarının daşınma temperaturunun optimallığını saxlayır. Daşınma şəraitinə təsir edən daha bir aspekt ondan ibarətdir ki, meyvə-tərəvəzlər tezkorlanan yüklər kateqoriyasına aiddir. Buna görə də daşımanı maksimum qısa müddətə həyata keçirmək lazımdır. “AsstrA” operativliyi təmin etmək üçün daşımaya iki sürücüdən ibarət komanda cəlb edir. Sürücülər bir-birini əvəz edirlər, bunun sayəsində daşıma praktiki olaraq 24 saat və dayanmadan reallaşdırılır.
-
Zeytun daşınması mövsümi asıllığa malik deyil və ilin hər dövündə həyata keçirilə bilər. Bir qayda olaraq, bu sahədə yük dövriyyəsinin zirvəsi payız dövrünə təsadüf edir. Zeytunlar temperatur dəyişkənliyinə qarşı yüksək həssaslığı ilə seçilirlər, lakin payız üçün xarakterik olan havanın temperaturunun sıfırdan aşağı düşməsi bu qida məhsulu korlayır və onun sonrakı qəbulunu mümkünsüz edir. Zeytunların soyuq dövrdə daşınması temperatur rejiminə mütləq əməl etməklə həyata keçirilir. Zeytunların daşınması üçün istifadə edilən müəyyən kriteriyalara uyğun olmalıdır: o, quru, sərin və havası təmizlənən olmalıdır. Zeytunların daşınma şərti onların emalının xüsusi tələbat və qaydalarından ibarətdir. Yükün olduğu yeşiyə zərər verə biləcək yükləmə-boşaltma avadanlığından istifadəsinə icazə verilmir. Əlverişsiz hava şəraiti (soyuq, yüksək rütubət) ) zamanı yükləmə-boşaltma işlərinin aparılmasının xüsusi qaydaları müəyyən edilir. Zeytunların daşınmasına qarşı vacib tələblərdən biri də yükün nəqliyyat vasitəsinə lazımi şəkildə yerləşdirilməsi və bərkidilməsidir. Malın olduğu yeşik elə bərkidilir ki, çatdırılma zamanı qarışma və ya sürüşmə baş verməsin. Etibarlı təsbit yükün həcminin əskilməsindən və ya keyfiyyətinin pisləşməsimdən, zeytunların olduğu yeşiklərin və tənəkə bankalarının deformasiyaya məruz qalmasından qaçınmağa imkan verir. Zeytun daşınmasının xüsusiyyəti gömrük sərhədinin keçilməsinin xüsusi qaydasından ibarətdir. Zeytunlar mütləq qaydada sanitar-epidemioloji nəzarətdən keçir. Gömrük orqanlarının nümayəndələri, gömrük müfəttişləri maldan nümunə götürürlər ki, onun mal müşayiət sənədlərinə uyğunluğunu yoxlasınlar. Müfəttişlər bu məqsədlə yeşikləri və zeytunların olduğu fərdi qablaşdırmanı açırlar. Yükün yalnız sanitar-epidemioloji nəzarətin başa çatmasından sonra idxalına icazə verilə bilər. “AsstrA” qida məhsullarının yük daşınması, habelə sanitar-epidemioloji gömrük nəzarətinin beynəlxalq tənzimlənməsindəki dəyişiklikləri diqqətlə izləyir və konkret malın xüsusiyyətindən çıxış edərək təhlükəsiz və sürətli çatdırılmasnı təmin edir.
-
“AsstrA” mütəxəssislərinin ümumilikdə qida məhsullarının yükdaşımaları sahəsində, xüsusən də zeytun, tərəvəz və meyvələrin daşınmasında yüksək ixtixası və çoxillik təcrübəsi var. Təcrübə və ixtisas bizə hər sifarişə qarşı fərdi yanaşmanı reallaşdırmağa, konkret yükün xüsusiyyətini və konkret müştərinin arzusunu diqqətə almağa kömək edir. Nəqliyyat xidmətlərinin sınanmış və etibarlı tədarükçüləri ilə əməkdaşlıq daha rasional marşrut tərtib etməyə və seçməyə, çatdırılmanın bütün mərhələlərini dəqiq əlaqələndirməyə və hər bir yükü təyin edilmiş müddətə çevik daşımağa imkan verir. “AsstrA” meyvə, tərəvəz məhsullarının daşınması üzrə kompleks xidmətlərinin göstərilməsi zamanı payız-qış dövründə mövsümi tərəvəz və meyvələrin daşınması üzrə sərfəli qiymət təklifi təqdim edir. Bu dövrdə bu cür məhsullara tələbat kəski artır və nəticədə daşıma üzrə tariflər artır. “AsstrA” müştərilərə bazardakı şəraitdən asılı olmayaraq daha sərfəli maliyyə şərtləri təklif edir.
“AsstrA”nın zeytunların daşınması üzrə kompleks xidmətlərinə daxildir:
- Kompleks gömrük müşayiəti və gömrükdən keçmə məsələləri üzrə məsləhətlər.
- Sanitar-epidemioloji gömrük nəzarətindən çevik keçməyə yardım.
Bundan başqa, şirkətimiz aşağıdakı xidmətləri göstərir:
- Müxtəlif nəqliyyat vasitələrindən istifadə etməklə daşımalarının təşkili və təmin edilməsi. “AsstrA”nın təcrübəli mütəxəssisləri yükün xüsusiyyətindən və müştərinin tələbatlarından asılı olaraq qida məhsullarının daşınması üçün uyğunlaşdırılmış nəqliyyat vasitələrini seçirlər. Əməkdaşlarımız ehtiyac olarsa, hava, avtomobil, dəniz və dəmir yolu nəqliyyatından istifadə etməklə multimodal daşıma sxemlərini tərtib edirlər.
- Yükləmə prosesində yükün salamatlığının təmin olunması. Mütəxəssislər zəruri təhlükəsizlik tədbirlərini müəyyənləşdirmək üçün sifarişçinin tələb və arzusunu, yükün xüsusiyyətini, daşınmanın məsafəsini və yolların vəziyyətini nəzərə alırlar.
- Anbar xidmətləri.
- Daşıma prosesində yükün salamatlığına və yerinə həftədə 7 gün, sutkada 24 saat nəzarət, eləcə də yükləmə-boşaltma işlərinin həyata keçirilməsi.
- Nəqliyyat və logistika sahəsində konsaltinq.
-
- BAZARI ANLAMA
“AsstrA” şirkətinin əməkdaşları tərəvəz, meyvə zeytunların daşınması ilə bağlı hər məsələnin həllinə işini ən yüksək səviyyədə bilərək yanaşır. Mütəxəssislərimizin nizamlı işi sayəsində “AsstrA”nın hər müştərisinə daşımalar zamanı yükün təhlükəsizliyini ən yüksək səviyyəsinə, tədarüklərin dəqiq və mütəşəkkil sisteminə, daşımanın təyin edilmiş müddətinə əməl olunmasına və bütün normativlərin yerinə yetirilməsinə zəmanət verilir.
- ETİBARLILIQ
“AsstrA” Daşınan Yüklərin Mühafizəsi Assosiasiyasına (TAPA) daxildir, TAPA-ya üzv olmaq zeytun, meyvə və tərəvəz məhsullarının daşınması zamanı yükün korlanması və itkisi risklərini minimuma endirmək üçün əlavə imkanlar verir. Bundan başqa, “AsstrA” AEO-təsərrüfat fəaliyyətinin səlahiyyətli subyekti sertfikatını alıb. AEO sertifikatı təsdiq edir ki, şirkətimiz etibarlı və ödəməqabiliyyətli tərəfdaşdır, daşıma zamanı təhlükəsizlik standartlarına və qanunvericiliyin bütün tələblərinə əməl edir.
- KOMPLEKS XİDMƏT
“AsstrA”nın təcrübəli mütəxəssisləri bir logistik operator tərəfindən zeytun, tərəvəz və meyvə məhsullarının daşınması üzrə xidmətlərin tam kompleksini təqdim edir: daşımalar (kombinə edilmiş daşımalar daxil olmaqla), gömrük və sənəd müşayiəti, sığortalama, anbar xidmətləri, konsaltinq, layihə logistikası, logistik servis. 18 ölkədə qlobal miqyasda iştirak etməklə yanaşı, şirkətimizin 8 gömrük agentliyi də var, bu da bizə innovativ logistik və nəqliyyat həllərini daim təkmilləşdirməyə və hazırlamağa imkan verir.
- TƏCRÜBƏLİ TƏRƏFDAŞLAR
“AsstrA” meyvə, tərəvəz və zeytun daşınmasının təşkili üçün nəqliyyat xidmətlərinin etibarlı tədarükçülərini cəlb edir. Nəqliyyat tərəfdaşlarımız Bizimlə uzunmüddətli müqavilələr əsasında əməkdşalıq edirlər, bu da bazar şəraitindən asılı olmayaraq KPI üzrə yüksək göstəricilərin əldə olunmasına zəmanət verir. “AsstrA”nın nəqliyyat tərəfdaşlarının bütün zəruri lisenziyaları və icazələri, daşıyıcının məsuliyyət sığortası üzrə müqavilələri var.
- YÜKSƏK MALİYYƏ ZƏMANƏTƏRİ
Biz daşınma üzrə təhlükəsiz, innovativ, səmərəli xidmətlərin göstərilməsinə cəmlənmişik, bunlar da öz növbəsində beynəlxalq hüququn tələblərinə cavab verir. “AsstrA”nın daşınan yükə görə məsuliyyəti hər bir sığorta hadisəsi üzrə 3 000 000 avro məbləğində sığortalanıb. Sığorta ödənişini etibarlı tərəfdaşımız “Zurich Versicherungs-Gesellschaft AG” (İsveçrə) təmin edir.
- BAZARI ANLAMA
-
Zeytun, tərəvəz və meyvə məhsullarının daşınması qaydaları yüklərin avtomobil, dəmir yolu, hava və digər nəqliyyat vasitəsilə daşınması üzrə normativ aktlarda, beynəlxalq müqavilələrdə, eləcə də sanitar-epidemioloji və fitosanitar nəzarət sahəsində gömrük qanunvericiliklərində yer alır. Daşıma prosesini tənzimləyən normalar, həmçinin qida məhsullarının daşınmasının sanitar, gigiyenik və texniki standartlarını müəyyənləşdirən sənədlərdə, texniki normativ-hüquqi aktlarda, sertifikasiya qaydalarında, dövlətlərarası standartlarda yer alır. Bütün bu sənədlər tərəvəz, meyvə və zeytun daşınmasının həyata keçirilməsinin mürəkkəb və ətraflı qaydalarını müəyyənləşdirir. Yükü alana və ya digər maraqlı şəxsə çatdırılmasını müşayiət etmək üçün bir sıra sertifikatlar rəsmiləşdiriilməlidir: uyğunluq sertifikatı və ya bəyannaməsi, baytarlıq sertifikatı və digər sənədlər. Bu, ekoloji təhlükəsizliyin təmin edilməsi və epidemioloji təhlükələrin xəbərdar edilməsi üzrə tədbirlərlə bağlıdır. Sadalanan sənədlər gömrük sərhədinin keçilməsi zamanı sanitar-epidemioloji nəzarətdən keçmə prosesində yoxlanmalıdır. “AsstrA” müvafiq qayda və normativlərə riayət olunmasını izləyir və mal müşayiət sənədləri, qaimə-faktura, gömrük bəyannamələri və s. sənədlərin rəsmiləşdirilməsi üzrə məsləhət verir.
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.